featured-image-1291

Məşhur rusiyalı şərhçi və jurnalist Vasili Utkin ayda 1 milyon rubldan (20 min 94 manat) az qazanmadığını bildirib.

 

Msport.az Sports.ru-ya istinadən xəbər verir ki, uzun müddətdir Tv-də şərhçilik etməyən Utkin bununla bağlı deyib: “Mən harasa gedib ancaq maaşa işləyim…Heç təsəvvür etmirəm ki, bunu niyə etməliyəm. Artıq 50 yaşım var və bundan sonra uzun müddət aktiv həyat tərzi keçirmək fikrində deyiləm. Hardasa daha 10 il mənə bəs edər.

 

Əvvəllər deyirdim ki, ayda bir milyondan çox qazanıram. İndiki dövrdə bəs? Azalmayıb. Pul barədə ona görə danışdım ki, “Matç” Tv-dən çıxdığıma peşman deyiləm.

Bənzər xəbərlər