Vadji Fransaya yollandı - Tibbi müayinədən keçib, müqavilə imzalayacaq
“Qarabağ”ın hücumçusu ibrahima Vadji Fransaya yollanıb.
Msport.az xəbər verir ki, Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə bu haqda məlumat verib. Onun sözlərinə görə, seneqallı forvard tibbi müayinədən keçdikdən sonra “Sent Etyen” klubu ilə müqavilə bağlayacaq.
Fransanın “L Equipe” qəzetinin məlumatına görə, 27 yaşlı futbolçuya görə “Sent Etyen” Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəyəcək.
Ötən mövsümün sonunda Liqa 1-i tərk edən “Sent Etyen” hazırda Liqa 2-də mübarizə aparır.