featured-image-11652

Fransanın “Sent Etyen” klubuna transfer olunan İbrahima Vadji “Qarabağ”la vidalaşıb.

Msport.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları paylaşıb:

“Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və bütün “Qarabağ” azarkeşlərinə salam! Bu, bir vida məktubudur. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də, bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!”

Xatırladaq ki, Vadji bu gün “Sent Etyen”lə 3 illik müqaviləyə imza atıb. O, ötən ilin yayından “Qarabağ”da çıxış edirdi. Seneqallı hücumçu Fransa klubuna 1.6 milyon avro qarşılığında keçib.

Bənzər xəbərlər