Van Daykdan yeni rekord
“Liverpul”un müdafiəçisi Vircil van Dayk Niderland yığmasının heyətində unikal nailiyyətə imza atıb.
Msport.az xəbər verir ki, Litva millisi ilə keçirilən və 4:0 hesabı ilə başa çatan dünya çempionatının seçmə oyunu Van Dayk üçün xüsusi əhəmiyyət daşıyıb.
O, Niderland yığmasında kapitan kimi 72-ci matçına çıxaraq rekorda imza atıb. Belə ki, Van Dayk 71 görüşdə kapitan olmuş Frank de Buru geridə qoyub.







