"Verilən aut qərarı təəssüf ki, yanlışdır" - AFFA Hakimlər Komitəsinin sədri
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Azərbaycan Premyer Liqasında VI turun “Qarabağ” – “Sabah” oyunundakı (4:3) mübahisəli hakim qərarını şərh edib. Msport.az xəbər verir ki, türkiyəli hakimin məsələyə münasibəti belə olub:
“Matçın 90+1-ci dəqiqəsində düzgün penalti qərarından öncə verilən aut qərarı təəssüf ki, yanlışdır. Lakin meydanda verilən yanlış aut qərarı VAR tərəfindən araşdırılmır”.
O bildirib ki, Oyun Qaydaları kitabının VAR Protokolu bölümündə 141-ci səhifə 3-cü bənddə bu vəziyyət açıq-aydın göstərilib: “Orada yan xətt-aut-künc zərbəsi kimi qərarlar oyunu yenidən baslatma mənasına gəlir. Qərar VAR olmayan matçlarda da top oyuna girdikdən sonra dəyişdirlə bilməz. Bu səbəbdən, VAR-da da incələnməməlidir”. (Report.az)