featured-image-5283

“Neftçi”nin Müşahidə Şurası dünən baş məşqçi Samir Abasovla müqavilənin uzadılmaması barədə qərar qəbul etdi. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev iki namizəd – Viktor Qonçarenko və Yuri Vernidubla danışıqların davam etdiyini söylədi. İyunun 14-dək danışıqlar yekunlaşmalı və “ağ-qaralar”ın yeni çalışdırıcısının adı açıqlanmalıdır.

Msport.az-a daxil olan məlumata görə, Vernidub Bakıya gəlib burada işləməyə razılıq verməyib. “Şerif”in sabiq baş məşqçisi “Krivbass”la danışıqları başa çatdırıb və yaxın vaxtlarda onun təyinatı elan olunacaq.

Müharibə başlayan kimi Ukraynanın müdafiəsində iştirak edən 56 yaşlı mütəxəssis vətənindən ayrılmaq istəmir. Artıq Ukrayna Futbol Federasiyası ilə yerli hökumət çempionatın bərpasını müzakirə ediblər və avqustda yeni mövsümün startı gözlənilir. Belədə Vernidubda vətənində qalıb “Krivbass”da işləmək arzusunda olduğunu deyib.

Bənzər xəbərlər