featured-image-5238

“Neftçi”nin baş məşqçi postuna namizədlərdən olan Yuri Vernidub “Şerif”dən ayrılıb. Msport.az xəbər verir ki, bu barədə Moldova klubunun rəsmi saytı məlumat yayıb.

Müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Yuri Nikolayeviç Vernidub hər zaman klubun tarixində qalacaq. “Şerif”in kollektivi ona klubun inkişafındakı xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır” –  klubun mətbuat xidmətinin yaydığı xəbərdə belə deyilir.

Ukraynalı mütəxəssis 2021-ci ilin qışında “Şerif”in sükanı arxasına keçmişdi. O, komandanı Çempionlar Liqasının qrupuna çıxarmışdı. Daha sonra isə “Şerif” onun rəhbərliyi altında Avropa Liqasının qrupunda oynamışdı.

Qeyd edək ki, Vernidub “Neftçi”nin baş məşqçi postuna əsas namizədlərdən sayılır.

Bənzər xəbərlər