Villian "Korintians"la müqaviləsini pozdu - Ailəsi təhdid olunur
“Çelsi”nin sabiq futbolçusu Villian Braziliyanın “Korintians” klubu ilə müqaviləsini pozub.
Msport.az “L Equipe”yə istinadən xəbər verir ki, Braziliya millisinin sabiq üzvü sosial şəbəkələrdə hədə-qorxu dolu mesajlar aldığı üçün bu addımı atmalı olub.
“Biz istərdik ki, o, komandamızda uzun müddət qalsın. Ancaq burda qalmaq üçün futbolçu özünü xoşbəxt hiss etməlidir. Təəssüf edirik ki, belə oldu” – “Korintians”ın prezedinti Duiliyo Monteyro Alves belə deyib.
Braziliya mətbuatının yazdığına görə, 34 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda İngiltərənin “Fulhem” klubu ilə müqavilə bağlaya bilər.
Villian öz doğma klubuna 1 il əvvəl qayıtmışdı. Onun “Korintians”la müqaviləsi 2023-cü ilin dekabrına kimi nəzərdə tutulmuşdu. Futbolçunun dediyinə görə, sosial şəbəkələrdə onu hətta uşaqları ilə bağlı təhdid ediblər: “Təhdidlərin ardı-arası kəsilmirdi. Hər dəfə “Korintians” pis oynayanda, ya da uzudanda sosial şəbəkələrdə məni və ailə üzvlərimi təhqir edib hədələyirdilər. Həyat yoldaşım, mənim qızlarım, sonra atam və bacım da təhqir hədəfi oldular”.
Villian “Korintians”da 45 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə verib.