featured-image-2049

“Zirə”nin hücumçusu Davit Volkov 90+1-ci dəqiqədə vurduğu qolla “Sumqayıt”la səfər matçında komandasına qələbə qazandırdı – 1:0.

Msport.az xəbər verir ki, Gürcüstan millisinin üzvü 13 oyundan sonra fərqlənə bilib. 26 yaşlı forvard son dəfə dekabrın 5-də “Qəbələ” ilə Azərbaycan Premyer Liqasının 13-cü turunun görüşündə qol vurmuşdu – 1:2.

Volkov “Sabah”ın futbolçusu Con-Lens Mikelslə birgə 11 qolla bombardirlər yarışında 1-2-ci yerləri bölüşür.

Bənzər xəbərlər