featured-image-5500

Bu gün 5 futbolçusu ilə müqavilə müddətini artıran “Zirə” bir futbolçusu ilə də yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu, Davit Volkovdur. Məlumata görə, oyunçu ilə danışıqlar nəticə verməyib. Buna səbəb isə maliyyə olub.

27 yaşlı hücumçu “Zirə”dən ayrılsa da, Premyer Liqanın digər klubuna keçib. Gürcüstan millisinin üzvü “Sabah”la anlaşıb. 2 illik müqavilə imzalayan Volkov ilinə 165 min dollar qazanacaq.

Hücumçu keçən mövsüm Premyer Liqada keçirdiyi 28 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. (Futbol+)

Bənzər xəbərlər