“Vüqar Həşimov Memorialı-2022”: İlk günün nəticələri
Bu gün “Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinə start verilib.
Msport.az xəbər verir ki, birinci oyun günündə rapid növündə ilk üç turun görüşləri baş tutub.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov iki qələbə, bir heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov iki qarşılaşmada bərabərliyə razılaşsa da, üçüncüdə uduzub.
Aydın Süleymanlı hər üç görüşündə məğlub olub, Abdulla Qədimbəyli isə bir heç-heçə ilə kifayətlənib.
Yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 6 xalla liderdir. Rauf Məmmədov 5 xalla ikinci sıradadır. ABŞ-dan olan Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao 4 xalla növbəti pillələrdə qərarlaşıblar. Rumıniyanı təmsil edən Riçard Rapport, Şəhriyar Məmmədyarov və hindistanlı Qukeş Dommaracunun 2 xalı var. Abdulla Qədimbəyli 1 xalla 9-cu, xalı olmayan Aydın Süleymanlı isə sonuncu yerdədir.
1-ci tur
Abdulla Qədimbəyli – Rauf Məmmədov – 0:1
Van Hao (Çin) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Semuel Şenklend (ABŞ) – Aydın Süleymanlı – 1:0
Nodirbek Abdusattorov (Özbəkistan) – Valeho Pons (İspaniya) – 1:0
Riçard Rapport (Rumıniya) – Qukeş Dommaracu (Hindistan) – 1:0
2-ci tur
Valeho Pons (İspaniya) – Riçard Rapport (Rumıniya) – 1:0
Şəhriyar Məmmədyarov – Semuel Şenklend (ABŞ) – 0,5:0,5
Rauf Məmmədov – Qukeş Dommaracu (Hindistan) – 1:0
Aydın Süleymanlı – Nodirbek Abdusattorov (Özbəkistan) – 0:1
Abdulla Qədimbəyli – Van Hao (Çin) – 0:1
3-cü tur
Riçard Rapport (Rumıniya) – Aydın Süleymanlı – 1:0
Semuel Şenklend (ABŞ) – Abdulla Qədimbəyli – 0,5:0,5
Nodirbek Abdusattorov (Özbəkistan) – Şəhriyar Məmmədyarov – 1:0
Van Hao (Çin) – Rauf Məmmədov – 0,5:0,5
Qukeş Dommaracu (Hindistan) – Valeho Pons (İspaniya) – 0:1