“Vüqar Həşimov Memorialı-2022”nin püşkü atıldı
“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirinin püşkü atılıb.
Msport.az xəbər verir ki, ilk turda üz-üzə gələcək qrossmeysterlər bəlli olub.
“Vüqar Həşimov Memorialı-2022”
1-ci tur
Abdulla Qədimbəyli – Rauf Məmmədov
Van Hao (Çin) – Şəhriyar Məmmədyarov
Semuel Şenklend (ABŞ) – Aydın Süleymanlı
Nodirbek Abdusattorov (Özbəkistan) – Valeho Pons (İspaniya)
Riçard Rapport (Rumıniya) – Qukeş Dommaracu (Hindistan)
“Vüqar Həşimov Memorialı-2022″də 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.