featured-image-40478

Sayca 9-cu dəfə keçiriləcək şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın loqosu Bakının mərkəzində nümayiş etdirilir.

Turnirin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində – “Alov qüllələri”ndə əks olunur.

Paytaxt sakinləri turnirin loqosunu axşam saatlarında dekabrın 12-dək izləyə biləcəklər.

Qeyd edək ki, bu il yarış ilk dəfə Qəbələdə baş tutacaq. Turnirin açılış mərasimi dekabrın 8-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq.

Bənzər xəbərlər