featured-image-19073

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.

Msport.az xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə 4, 5 və 6-cı turun qarşılaşmaları baş tutub.

Azərbaycan təmsilçilərindən Rauf Məmmədov 1 qalibiyyət, 2 heç-heçə əldə edib. Şəhriyar Məmmədyarov yenə qələbəyə həsrət qalıb. “Şah” bu gün keçirdiyi hər 3 görüşü sülhlə başa vurub.

4-cü tur
Rauf Məmmədov – Valeho Pons (İspaniya) – 0,5:0,5
Aydın Süleymanlı – Qukeş Dommaracu (Hindistan) – 0:1
Şəhriyar Məmmədyarov – Riçard Rapport (Rumıniya) – 0,5:0,5
Abdulla Qədimbəyli – Nodirbek Abdusattorov (Özbəkistan) – 0,5:0,5
Van Hao (Çin) – Semuel Şenklend (ABŞ) – 1:0

5-ci tur
Semuel Şenklend (ABŞ) – Rauf Məmmədov – 0:1
Nodirbek Abdusattorov (Özbəkistan) – Van Hao (Çin) – 0,5:0,5
Riçard Rapport (Rumıniya) – Abdulla Qədimbəyli – 0,5:0,5
Qukeş Dommaracu (Hindistan) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Valyexo Pons (İspaniya) – Aydın Süleymanlı – 0,5:0,5

6-cı tur
Rauf Məmmədov – Aydın Süleymanlı – 0,5:0,5
Şəhriyar Məmmədyarov – Valeho Pons (İspaniya) – 0,5:0,5
Abdulla Qədimbəyli – Qukeş Dommaracu (Hindistan) – 1:0
Van Hao (Çin) – Riçard Rapport (Rumıniya) – 0,5:0,5
Semuel Şenklend (ABŞ) – Nodirbek Abdusattorov (Özbəkistan) – 0:1

6 turdan sonra Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 10 xalla liderdir. Ondan 1 xal geri qalan Rauf Məmmədov ikinci sıradadır. Çinli Van Hao 8 xalla 3-cü, ispaniyalı Valyexo Pons 7 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 5 xalı olan Rapport, Məmmədyarov, Qədimbəyli və Dommaracu 5-8-ci yerləri bölüşdürürlər. Şenklend 4 xalla 9-cu, Süleymanlı isə 2 xalla sonuncu – 10-cu pillədə yer alıb.

Turnirə dekabrın 24-də yekun vurulacaq.

Bənzər xəbərlər