featured-image-32366

Ötən mövsümü “Sumqayıt”da keçirən Vüsal İsgəndərli Türkiyə və Albaniya klublarından təklif alıb.

Bu barədə Msport.az saytına açıqlamasında 27 yaşlı futbolçu özü məlumat verib.

Təcrübəli vinger bütün suallara Qurban Bayramından sonra aydınlıq gələcəyini bildirib:

“Eqnatiya” ilə yanaşı, Türkiyənin 5-6 klubundan da təklif var. Mənə görə hər bir variant yaxşıdır. Amma menecerim deyib ki, gözlə, bayram qurtarsın. “Sumqayıt”la müqaviləm olduğuna görə son sözü agentim söyləyəcək”.

İsgəndərlinin sözlərinə görə, Türkiyə klublarının təklifləri rəsmi olmadığından ad açıqlaması düzgün olmaz.

Qeyd edək ki, Türkiyədə yeni qaydalara əsasən, hər klubda bir azərbaycanlı futbolçu legioner sayılmayacaq.

Yarımmüdafiəçinin “Eqnatiya”ya keçəcəyi ilə bağlı ilk xəbəri futbolinfo.az saytı yayıb.

Bənzər xəbərlər