featured-image-32846

Albaniyanın “Eqnatiya” klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb.

Msport.az Rroqojina təmsilçisinin saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Təcrübəli oyunçunun iyulun 6-dan yeni komandası ilə məşqlərə qatılacağı bildirilib.

Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu “Sumqayıt” olub.

Bənzər xəbərlər