featured-image-55158

Yeni mövsümdən AFFA Region Liqasında çıxış edəcək “Xankəndi” klubu heyətini gücləndirir. Msport.az xəbər verir ki, yeni yaradılan komanda Pərviz Qaraxanov və Əziz Hüseynovla müqavilə bağlayıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən 28 yaşlı Qaraxanov əvəllər “Neftçi”, “Səbail”, “Baku City” və “Qusar” komandalarının şərəfini qoruyub.

32 yaşlı Əziz Hüseynov isə karyerası ərzində “Karvan”, “Qəbələ”, “Araz Naxçıvan”, “Neftçala”, “Şəmkir”, “Turan Tovuz”, “Rəvan”, “Füzuli” kimi klubların formasını geyinib.

 

media-image_750x_66f8861c2f438

Bənzər xəbərlər