Xarici Kəşfiyyat Xidmətinin rəisini "Neftçi" ilə nə bağlayır?
“Neftçi” klubunun yenilənmiş Müşahidə Şurasında yer alan şəxslər böyük maraq doğurur. Daha çox da Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov. 45 yaşlı general-polkovnikə “ağ-qaralar”ın MŞ-da təmsil olunmağı kim təklif edib?
Msport.az-ın əldə etdiyi məlumata görə, bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra MTN-ə keçən Sultanov “Neftçi” fan-klubunun üzvü olub. Hətta paytaxt klubunun stajlı azarkeşləri onu yaxşı tanıyırlar. O, gənc yaşlarında “Neftçi”nin əksər oyunlarını stadionda fan-klubla birgə izləyib.