featured-image-5993

“Xəzər Lənkəran”ın sadiq azarkeşlərindən olan Elman Tağızadə (sosial şəbəkələrdə ” çox Eliko Tağızadə kimi tanınıb) Mübariz Mənsimovla görüşmək istəsə də, buna müəssər ola bilmir.

Msport.az xəbər verir ki, 2013-cü ilin avqustun 25-də “Xəzər-Lənkəran” – “Nefçi” oyunundan sonra həbs olunan və yalnız 2 ildən sonra azadlığa çıxan Tağızadə sosial şəbəkə bu barədə paylaşım edib:

“Pulda, var-dövlətdə gözümüz yoxdur, çox şükür. Nə də bunları tələb etmək fikirim, haqqım da yoxdur. Sadəcə başkanla bir görüşə ehtiyac var. Dəfələrlə  Mübariz Mənsimov səhifəsinə və Fidan Quliyev (“Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri) akkauntuna mesaj və görüş haqda bilgiləndirmə yazsam da xeyiri olmayıb. Hüseyn bəyə (“Xəzər-Lənkəran”ın sabiq mətbut katibi Hüseyn Cəbrayıloğlu) də dəstəyinə görə təşəkkürümü bildirirəm ki, bəzi şəxslərdən fərqli olaraq bacardığını edir, daima maraqlanır. Bu görüşü təşkil edə biləcək olanlar bilsinlər ki, mən Mübariz bəydən var-dövlət, mülk ummuram ki çəkilib durublar qıraqda. Və o şəxslər istəsələr, məni başkanla günü sabah görüşdürə bilərlər… Allah köməyiniz olsun”!

 

 

Bənzər xəbərlər