Xorvatiya millisinin müdafiəçisi Premyer Liqa klubuna keçdi
“Brayton” “Tottenhem”in müdafiəçisi Luka Vuşkoviçi heyətinə qatıb.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Xorvatiya millisinin üzvü olan 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Müqaviləyə daha bir il uzadılma bəndi də daxil edilib.
Qeyd edək ki, Luka Vuşkoviç ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb və 6 qol vurub.







