featured-image-80244

Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub.

Msport.az xəbər verir ki, o, dünya çempionatından sonra istefaya göndərilən Zlatko Daliçi əvəzləyib.

Biliç 2006-2012-ci illərdə Xorvatiya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında Avro-2008-də 1/4 finala kimi irəliləyib.

Biliçin son iş yeri Səudiyyə Ərəbistanının “Əl Fateh” klubu olub.

57 yaşlı mütəxəssis buna qədər “Beşiktaş”, “Uotford”, “Vest Hem” kimi komandalara rəhbərlik edib.

 

Bənzər xəbərlər