featured-image-82740

Xulian Alvares bu yay “Barselona”ya keçidinin baş tutmamasından sonra uzun müddətdir birlikdə çalışdığı agenti Fernando Hidalqo ilə yollarını ayırmağı düşünür.

Msport.az xəbər verir ki, “Atletiko”nun hücumçusu klubdan ayrılaraq “Barselona”ya keçmək istəyinin reallaşmamasından sonra təmsilçisini dəyişməyi nəzərdən keçirir.

Kataloniya klubunun yanvarda Argentina millisinin üzvünü transfer etməkdə yenidən maraqlı ola biləcəyi bildirilir.

Alvares karyerası ərzində Hidalqo tərəfindən təmsil olunub. Lakin futbolçunun dostu və Argentina millisindəki komanda yoldaşı Enzo Fernandesin agenti Xavier Pastore ilə əlaqə saxladığı qeyd olunur.

Alvares və onun ətrafı Hidalqonun yayda baş verən prosesləri düzgün idarə etmədiyini düşünür. Agentin “Atletiko” ilə münasibətlərinin də yaxşı olmadığı bildirilir. Madrid klubu Alvaresin komandadan ayrılmasını asanlaşdırmaq cəhdinin uğursuz alınmasına görə Hidalqonu qismən məsul hesab edir.

Bənzər xəbərlər