“Yalnız KuPS-la matçı düşünürük” – Valdas Dambrauskas
Sabah” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS klubu ilə qarşılaşacaq.
Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə mətbuatın önünə çıxıb.
O, əvvəlcə sabahkı oyun barədə danışıb:
“İlk növbədə rəqibimizə “xoş gəldiniz” demək istəyirəm. İnanıram ki, qonaqpərvərliyimizi hiss edəcəklər. Oyunçularımızın hər biri sabahkı sınağa hazırdır. Tamamilə matça köklənməliyik. Meydanda həm özümüz, həm də azarkeşlərimiz üçün oynayacağıq”.
Litvalı mütəxəssis avrokuboklardakı şanslar barədə danışmağın tez olduğunu deyib:
“Bu barədə danışmaq üçün tezdir. Evdə oynayırıq və favorit sayılırıq .Lakin hər kəs meydanda öz işini layiqincə görməlidir. Kimin üstün olduğu fikrini kənara qoymalı, bütün diqqətimizi yalnız oyuna yönəltməliyik”.
Dambrauskas komandanın optimal forması və fiziki durumu haqqında da fikirlərini çatdırıb:
“Əgər rəqib daxili çempiontlarında 16 oyundan sonra öz optimal formasına çatıbsa, bunu bizim üçün deyə bilməyəcəm. Ola bilər ki, 5 və ya 10 oyundan sonra istədiyimiz formaya çataq. Hər mövsüm, hər rəqib fərqlidir. Bu, çox vaxt bizim özümüzdən də asılıdır. Hansı heyətin, oyun planının seçilməsi önəmlidir. Bizim üçün ən önəmli oyun qarşıdan gələn oyundur”.
O, heyətdəki rəqabətə və potensial rəqiblərə də toxunub:
“Komandada sağlam rəqabətin olması normal haldır. Sabahkı matç üçün ən yaxşı formada olan oyunçuları seçəcəyik. Hazırda potensial rəqiblərdən daha çox yalnız KuPS-la matçı düşünürük”.







