featured-image-72078

“Barselona”nın futbolçuları Lamin Yamal və Rafinya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Çelsi”yə qarşı səfər matçı üçün iştirak ərizəsinə daxil edilib.

Msport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidmətindən bildirilib.

Rafinya La Liqada “Atletik”ə qarşı (4:0) oyunda zədələnmişdi. Yamal isə qasıq nahiyəsindəki ağrılar səbəbindən meydana çıxa bilmirdi.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı bu gün Londondakı “Stemford Bric” stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bənzər xəbərlər