featured-image-21208

“Ötən il Latviyada çempion oldum. İndi isə “Sumqayıt”dayam”.

Msport.az xəbər verir ki, bunu “Sumqayıt”ın yeni transferi Masaki Murata “CBC Sport”a açıqlamasında deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan çempionatının səviyyəsini gördükdən sonra bura gəlməyə qərar verib: “Artıq komandaya uyğunlaşıram. Hər şey yerinə oturacaq. Türkiyədə yaxşı məşqlər keçdik. Çempionat oyunlarına hazır olduğumuza inanıram”.

Qeyd edək ki, 24 yaşlı oyunçu son olaraq Latviyanın “Valmiera” klubunda çıxış edib.

Bənzər xəbərlər