featured-image-26630

“Qarabağ”ın futbolçusu Yassin Benzia zədəsini tam olaraq sağaldıb.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Msport.az-a verdiyi məlumata görə, fransalı yarımmüdafiəçi komanda ilə birlikdə məşqlərə başlayıb.

Lakin 29 yaşlı oyunçu hələlik meydana çıxmağa hazır deyil. “Şamaxı” ilə Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq futbolçu “Kəpəz”ə qarşı ev matçında forma geyinə bilər.

Qeyd edək ki, qış fasiləsində “Qarabağ”a keçən Yassin Benzia UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə cavab oyununda ağır zədə almışdı.

Bənzər xəbərlər