Yeddi idmançı ağır yol qızasında vəfat etdi
Braziliyada ağır yol qəzası nəticəsində 7 yeniyetmə avarçəkən həyatını itirib.
Msport.az “Reuters”ə istinadən xəbər verir ki, qəza Pelotas şəhərində qeydə alınıb.
Polisin məlumatına görə, əyləci sıradan çıxan yük maşını avarçəkmə komandasını daşıyan furqonla toqquşub. Zərbənin gücündən furqon irəli atılıb və başqa bir avtomobilə dəyərək çevrilib. Daha sonra yük maşını çevrilən furqonun üstünə aşıb.
Faciə nəticəsində avtomobildə olan 10 sərnişindən doqquzu ölüb. Onlardan yeddisi yeniyetmə avarçəkən olub.
Yeganə sağ qalan 17 yaşlı bir idmançı olub. Yük maşınının sürücüsü isə yüngül xəsarətlər alıb.