featured-image-17678

“OFİ-dəki yaxşı mövsümdən sonra Azərbaycandan yaxşı təklif aldım və klubumu dəyişdim. Amma orada depressiyaya düşdüm”.

Msport.az-ın məlumatına görə, bunu “Bakı”nın sabiq futbolçusu Vangelis Mantsios “gazzetta.gr” saytına müsahibəsində deyib.

Veteran hücumçu bildirib ki, Azərbaycanda oynayarkən özünü hansısa filmdəki kimi hiss edib: “İnəkləri kəsir, itləri öldürürdülər. Səfər oyununa gedərkən yolda nəqliyyat vasitəsini saxlayıb işəmək olmazdı”.

39 yaşlı keçmiş forvard küçədə insanların ona qəribə baxdıqlarını söyləyib: “Çoxlu döymələrim var idi, çəhrayı köynək geyinmişdim, hamı mənə qəribə baxırdı. Saç üçün gel qadağan edilmişdi. Komandada 2-3 serb var idi, onlarla münasibət saxlayırdım. Amma başqaları ilə ünsiyyət qurmaq çox çətin idi. Səfər oyunları üçün getdiyimiz bölgələrdə şərait yaxşı deyildi. Yeməyin üstündə milçəklər uçurdu Məcburiyyətdən bağlı qablarda şokolad, peçenye və dolma alırdım”.

Mantsiosun sözlərinə görə, “Bakı”dan ayrıldıqdan sonra 3 ay futbolsuz qalıb: “Saçım-saqqalım uzandı. Batmış gəmiyə oxşayırdım. Sadəcə, otaqda oturub tavana baxırdım və düşünürdüm: Nə etməliyəm? Ölməliyəm”.

Qeyd edək ki, Vangelis Mantsios 2012/2013 mövsümündə “Bakı”nın formasını geyinib.

Bənzər xəbərlər