featured-image-23515

Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubu ilə müqavilə bağlayan millimizin üzvü Anton Krivotsyuk təəssüratlarını bölüşüb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi komandasının yüksək hədəflərə çatması üçün əlindən gələni edəcəyini bildirib:

“Yeni komandama gec qoşuldum. Bu səbəbdən komanda yoldaşlarımla sıx ünsiyyət quraraq, tez adaptasiya olmağa çalışacam. “Tecon Xana Sitizen” 8 ildən sonra yüksək liqaya vəsiqə qazanıb. Buna görə də bu ay başlayacaq yeni mövsüm çox vacibdir”.

Qeyd edək ki, 25 yaşlı futbolçu Cənubi Koreya klubuna “Visla Plotsk”dan (Polşa) transfer olunub. O, əvvəllər “Neftçi”nin şərəfini qoruyub.

AYXAN 

Bənzər xəbərlər