featured-image-37060

Futzal üzrə Yüksək və Birinci liqalarda 2023-24 mövsümünün püşkatma vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, yeni mövsümün püşkü sentyabrın 18-də atılacaq.

Bakı İdman Sarayında təşkil olunacaq tədbir saat 11:00-da start götürəcək.

Yüksək Liqada 6, Birinci Liqada isə 12 komanda mübarizə aparacaq. Belə ki, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Record club” və “Yasamal-Baku” elitada çempionluq uğrunda yarışacaqlarsa, “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK Birinci Liqada yer alacaq.

Bənzər xəbərlər