Yenidən futbola qayıtdı - "Şamaxı" klubunda vəzifə aldı
“Şamaxı” klubunda yaxın günlərdə yeni təyinat rəsmiləşəcək.
Msport.az xəbər verir ki, vaxtı ilə “İnter”, “Bakı”, “Simurq” klublarında, eləcə də AFFA-da işləmiş Kamran İsmayılov baş menecer vəzifəsinə təsdiqlənəcək. Artıq “ASK Arena”ya baş çəkən İsmayılov inventarın təhvil-təslimi ilə məşğul olmağa başlayıb.
Qeyd edək ki, “Şamaxı”nı yeni mövsümdən hazırda “Cəbrayıl” komandasının sükanı arxasında olan Cavid Hüseynov çalışdıracaq.