Yenilənmiş Gəncə stadionunda ilk oyun
Azərbaycan Premyer Liqasında 3-turun oyunları davam edir.
Msport.az xəbər verir ki, Gəncədə “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Bu, yenilənmiş arenada “Kəpəz”in ilk oyunu olacaq. Qərb derbisi saat 18:00-da start götürəcək.
Günün son oyununda isə Konfrans Liqasında çıxış etmiş iki komanda – “Neftçi” və “Zirə” üz-üzə gələcək. Görüş saat 20:15-də başlayacaq.
30 avqust
Misli Premyer Liqası, 3-cü tur
18:00.“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu
20:15.“Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İK stadionu
29 avqust
“Şəfa” – “İmişli” – 0:1
“Qəbələ” – “Şamaxı” – 0:0
31 avqust
18:00. “Araz-Naxçıvan” – “Sabah”
20:15. “Sumqayıt” – “Qarabağ”







