featured-image-46121

Azərbaycan təmsilçisi Xaqan Əhməd Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib.

Msport.az xəbər verir ki, o, İspaniyanın Menorka şəhərində bir həftəlik əyani məşqlərə qatılıb.

2024-cü ilin yanvarından başlayan ilk mərhələdə 450 yeniyetmə onlayn dərslərə cəlb olunub. Yekunda xüsusi seçilən 13 yeniyetmə əyani məşqlərdə iştiraka dəvət alıb. Hazırlıq zamanı Yudit Polqar və Artur Yusupov kimi tanınmış mütəxəssislər təcrübələrini yeniyetmələrlə bölüşüblər.

Qeyd edək ki, məşqlərdə debütdə yeniliklər, oyunda vəziyyətin düzgün qiymətləndirilməsi və zəif məqamların tapılması, hücum və müdafiə prinsipləri, fiqurların düzgün dəyərləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. Məşq zamanı şahmatçının formalaşmasında təhsilin vacib rol oynadığı qeyd olunub, yeniyetmələrə fiziki hazırlığa və qidalanmaya diqqətlə yanaşmaq məsləhət görülüb.

FIDE Şahmat Akademiyası Beynəlxalq Şahmat Federasiyası və “Chessable” platforması tərəfindən təsis edilib. 2021-ci ildən fəaliyyət göstərən akademiyaya 100-dən çox federasiyanın şahmatçıları cəlb olunub. Kanadada keçirilən İddiaçılar Turnirinin iştirakçısı Dommaracu Qukeş və ötən il yeniyetmələr arasında dünya çempionu olan Kandela Belen akademiyanın tələbələrindən olublar.

Bənzər xəbərlər