featured-image-17258

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərli AFFA İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılmasına münasibət bildirib.

27 yaşlı yarımmüdafiəçi Msport.az saytına açıqlamasında qərarı başa düşmədiyini söyləyib.

O, heç bir oturacağı sındırmadığını vurğulayıb: “Yerdə qırıq stul var idi, ayağımla onu vurmuşam. Bu qədər. Daha oturacaqları sındırmaq nədir, ora yazıblar? Buna görə 1 oyunluq cəza verirlər? Daha əvvəl belə şey görməmişəm”.

İsgəndərli uduzduqları üçün əsəblərini cilovlaya bilmədiyini deyib: “Məğlubiyyəti həzm edə bilmədim. Onsuz da sınıq stul idi. Yəqin ki, apellyasiya veriləcək. Belə cəza harada görülüb”?

Qeyd edək ki, İntizam Komitəsi futbolçunun hərəkətinə görə klubu həm də cərimələyib.

Bənzər xəbərlər