featured-image-24035

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqçi keçirilib.

Msport.az xəbər verir ki, məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silva jurnalistlərin suallarını cavablandırıb.

Braziliyalı mütəxəssis hazırlığı belə dəyərləndirib:

“Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FİFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi 5 məşq keçirəcəyik. Buna görə də yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, bu qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq.

Rəqibimiz Yunanıstanla son 2 ildə 3 dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri 3 oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk.

Fineonun yüngül zədəsi var. Amir Şocaei isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdır.

Azərbaycan – Yunanıstan oyunu ilə bağlı proqnoza gəldikdə, qələbə qazanmaq şansımızı 70 faizə bərabər hesab edirəm”.

Bənzər xəbərlər