featured-image-36901

DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.

Msport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Astana şəhərindəki “Jekpe-Jek” Arenada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurgusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.

Bənzər xəbərlər