featured-image-24346

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində Azərbaycan millisinin sonuncu rəqibi olacaq Polşa yığması yoldaşlıq oyunu keçirib.

Msport.az xəbər verir ki, Kolobrzequda Ukrayna millisi ilə qarşılaşan rəqibimiz 1:4 hesabı ilə məğlub olub.

Polşanın heyətində yeganə qolu 40-cı dəqiqədə Mateus Madziaq vurub.

Qeyd edək ki, Polşa – Azərbaycan oyunu martın 7-də Koszalin şəhərindəki idman zalında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bənzər xəbərlər