featured-image-18393

Futzal üzrə Azərbaycan millisinin Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas seçmə mərhələsinin oyununun məkanı və saatı bəlli olub.

Msport.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək bu qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan yığması hazırda 6-cı qrupda 6 xalla liderdir. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Bənzər xəbərlər