featured-image-3230

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz”u Əfqan Talıbov çalışdırmayacaq. Hazırkı baş məşqçinin PRO lisenziyası olmadığından o, yüksək liqada komandaya rəhbərlik edə bilməz.

Bir neçə gün öncə Tovuz klubunun Ayxan Abbasova tapşırılacağı ilə bağlı xəbər yayıldı. Sonuncu dəfə “Sumqayıt”da işləmiş mütəxəssis Qərb klubunda işləməyin əlehinə olmadığını bildirib.

Ancaq Msport.az-ın əldə etdiyi məlumata görə, AFFA “Turan Tovuz”a Yunis Hüseynovu baş məşqçi kimi göndərməkdə maraqlıdır. Vaxtı ilə AFFA-nın Texniki Direktoru Bernhard Lippertin müavini kimi çalışmış 57 yaşlı mütəxəssisin “Keşlə”nin baş məşqçisi təyin olunmasında da federasiyadan gələn məsləhət önəmli rol oynamışdı. İndi də Hüseynovun yeni mövsümdən Tovuz klubunun sükanı arxasına keçəcəyi gözlənilir.

Bənzər xəbərlər