featured-image-51893

“Sabah”ın qapıçısı Yusif İmanov İsrailin “Makkabi” (Hayfa) komandasına penaltilər seriyasında qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Msport.az həmin müsahibəni təqdim edir…

– “Makkabi” ilə görüşdə mərhələni adlaya bildiz. Matç haqda nə düşünürsən?

– Oyun görüldüyü kimi çox çətin keçdi. Dəhşətli dərəcədə temp var idi. Ən çox azarkeşlərə təşəkkür etmək istəyirəm ki, bizi tək qoymadılar. 120 dəqiqə bizə dəstək oldular, təşəkkür edirəm.

– Altı qol buraxsan da, bir neçə real qol epizodundan komandanı xilas etdin. Özün üçün uğurlu oyun oldu?

– Əlimdən gələni etməyə çalışdım. Bəzi epizodları da çıxara bilərdim. Amma oyun şansı olmadı. Qismət olmadı.

– Penalti seriyası çox həyəcanlı keçdi?

– Özümə inanmışdım. Hətta bir gün əvvəl uşaqlara demişdim ki, penalti qaytaracam. Qismət oldu, bir zərbənin qarşısını aldım.

– Xüsusi məqam var idi ki,yalnız özündən sol tərəfə tullanırdın…

– Bəli. O strategiyanı seçmişdim ki, yalnız bir istiqamətə tullanacam.

– Komanda yoldaşlarından narazılığını görünürdü ki, rəqibə zərbə vurmağa imkan verirdilər. Həmin anları necə xatırlayırsan?

– Rəqib daha aqressiv başlamışdı. Uşaqlarla danışmışdıq ki, arxaya oturmaq lazım deyil. Bacardığımız qədər rəqibi qabaqda qarşılamaq lazımdır. Amma gördüm ki, alınmır və arxaya oturmuşuq. Komandanı motivasiya etmək üçün qışqırırdım ki, qabağa çıxsınlar.

– İkinci hissədə ardıcıl qollar buraxanda bədbinliyə qapılmadız?

– Xeyr. Bir az oldu. Şükür Allaha, ayıla bildik.

– Növbəti mərhələdə rəqib “Sent-Patriks”dir. Bu haqda nə düşünürsən?

– Əlimizdən gələni edəcəyik.

– “Makkabi” daha güclü idi, indi isə İrlandiya təmsilçisi ilə qarşılaşacaqsız. Yəqin ki, indi daha asan olacaq? Favorit sizsiz?

– Fərqi yoxdur. Mən heç vaxt kağız üzərində hansı komandanın favorit olmasına fikir vermirəm. “Makkabi” kağız üzərində favorit idi, amma biz mərhələni biz adladıq. Növbəti oyunda da əlimizdən gələni edəcəyik.

– Çempionat da başlayır. İşiniz çətin olacaq?

– İnanmıram. Uşaqlar daha da motivasiya olar və eyni qaydada hazırlaşarıq.

Bənzər xəbərlər