featured-image-2703

“Yuventus”dan ayrılan Paolo Dibala yeni mövsümdən “İnter”də çıxış edəcək.

Msport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, argentinalı hücumçu Milan klubu ilə 4 illik müqaviləyə imza atacaq.

Dibala mükafatları nəzərə almasaq, yeni komandasında ilə 6 milyon avro maaş alacaq. “İnter”də Lautaro Martines və Marselo Brozoviçin əməkhaqqısı bu qədərdir.

“Nerradzurri” Dibalaya bu qədər pul verə bilmək üçün Arturo Vidal, Aleksis Sançes və Matias Vesino ilə vidalaşmağa hazırlaşır.

28 yaşlı forvarda “Atletiko Madrid” maraq göstərsə də, “İnter” daha istəkli olub. Dibala başqa ölkədə gücünü sınamaqdansa, A seriyasında qalmağa üstünlük verib.

Futbolçunu razı salmaqda “İnter”in baş direktoru Beppe Marotta da önəmli rol oynayıb. 2015-ci ildə Dibalanın “Palermo”dan “Yuve”yə keçidində də Marotta danışıqlar aparmışdı.

Xatırladaq ki, Argentina yığmasının üzvü mövsümün sonunda “Yuventus”u azad agent kimi tərk edir.

Dibala cari mövsümdə Turin klubunun heyətində bütün turnirlərdə 35 oyunda 14 qol vurub və 6 məhsuldar ötümə verib.

Bənzər xəbərlər