featured-image-75631

“Yuventus” yarımmüdafiəçisi Ueston Makkenni ilə müqaviləni yeniləyib.

Msport.az xəbər verir ki, ABŞ millisinin üzvü ilə imzalanan yeni sözləşmənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

“Qoca sinyora”nın heyətinə 2020-ci ildə “Şalke”dən qoşulan 27 yaşlı futbolçu artıq Turin klubunun əsas simalarından birinə çevrilib.

Qeyd edək ki,  cari mövsüm Makkenni “Yuventus”un heyətində bütün turnirlərdə 38 matça çıxıb. Bu oyunlarda yarımmüdafiəçi 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər