featured-image-75586

“Yuventus”un müdafiəçisi Federiko Qattinin yayda başqa kluba keçə biləcəyi ehtimal olunur.

Msport.az xəbər verir ki, 27 yaşlı futbolçunun Turin klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

“Qoca sinyora” rəhbərliyi yaxşı təklif gələrsə, oyunçunun satışına razılıq verə bilər. Ona iddialılar arasında “Milan”la “Roma”, eləcə də, “Tottenhem” və “Nottingem Forest” klubları da var.

Qeyd edək ki, Qattinin “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bənzər xəbərlər