“Yuventus”un istədiyi gənc hücumçu
“Yuventus” “Cenoa”nın gənc hücumçusu Ceff Ekhatoru heyətinə qatmağa çalışır.
Msport.az xəbər verir ki, Turin təmsilçisi 2006-cı il təvəllüdlü forvardın transferi üçün “Cenoa” ilə danışıqları irəlilədib.
Tərəflər bir neçə futbolçunun daxil olduğu mümkün razılaşma üzərində işləyirlər. Ekhator “Yuventus”a keçə bilər. Əks istiqamətdə isə David Puçka və Covanni Daffaranın “Cenoa”ya yollanması variantı gündəmdədir.
İtaliya mediası daha əvvəl keçidin təxminən 15 milyon avro dəyərində müzakirə olunduğunu yazıb. “Cenoa”nın transferi qısa müddətdə yekunlaşdırmaq istədiyi bildirilir.
Qeyd edək ki, Ekhator ötən mövsüm A Seriyasında “Cenoa”nın heyətində çıxış edib.







