featured-image-2137

İrina Zaretska Portuqaliyanın Matozinyuş şəhərindəki Karate1 Premyer Liqa turnirində qazandığı mükafatı Ukrayna ordusuna bağışlayacaq.

Msport.az xəbər verir ki, karate üzrə milli komandamızın 68 kq çəki dərəcəsində çıxış edən üzvü bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına açıqlamasında bildirib.

26 yaşlı idmançı Portuqaliyadakı turnirdə Ukrayna üçün çıxış etdiyini söyləyib: “Bu turnirdə nə özüm, nə də ölkəm Azərbaycan üçün mübarizə aparmışam. Mən doğulduğum Ukrayna üçün döyüşmüşəm. Buna görə də burada qazandığım pulun hamısını Ukrayna ordusunun müharibədə vuruşmasına kömək üçün verəcəyəm. Hər töhfə yardımçı olur”.

Qeyd edək ki, Zaretska finalda italiyalı Silvia Semeraroya uduzaraq gümüş medal qazanıb. Nəticədə Zaretska 500 avro pul mükafat əldə edib.

Bənzər xəbərlər