Zaur İsmayılov "Şamaxı"dan ayrıldı - "Bir-iki variant var"
“Şamaxı”nın əvəzedici komandasının baş məşqçisi Zaur İsmayılov vəzifəsindən ayrılıb.
Mütəxəssis Msport.az saytına açıqlamasında bunun bölgə təmsilçisinin Premyer Liqanı tərk etməsi ilə bağlı olduğunu bildirib:
“Komanda I dəstəyə düşəndən sonra adətən əvəzedicilər olmur, akademiya əvvəlki kimi fəaliyyət göstərmir. Hələ ki, boşluqdur. Bir-iki variant var, gözləyirəm”.
Qeyd edək ki, Zaur İsmayılov ötən ilin sonunda Pro kateqoriyası alıb.







