"Zədədən sonra qayıtmaq daha çətindir" - Mahir Emreli
Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Xorvatiya çempionatının III turunda “İstra”nı məğlub etdikləri oyundan (4:1) sonra fikirlərini bildirib.
Msport.az xəbər verir ki, komandasının sonuncu qolunu vuran millimizin üzvü qələbəyə görə sevindiyini deyib:
“Hər şeydən əvvəl qələbəyə görə sevinirəm. Üç xal qazanmaq vacib idi.
Son günlər zədəm məni narahat etdi, amma indi özümü yaxşı hiss edirəm. Növbəti oyunda nə qədər şans alacağımı bilmirəm, lakin əlimdən gələni edəcəm.
İndiyədək altı oyun buraxmışam və zədədən sonra komandaya qayıtmaq daha çətindir. Bu, işimizin bir parçasıdır. Psixoloji vəziyyətim yaxşıdır. Mən “Dinamo”nun oyunçusuyam”.