featured-image-80911

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Msport.az xəbər verir ki, Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edib.

Səfərdə baş tutan ilk oyunda 0:1 hesabı ilə məğlub olan Rəşad Sadıqovun yetirmələri “SOCAR Polymer Arena”dakı cavab görüşündə 1:1 hesablı heç-heçə edib. Təmsilçimizin heyətində qolu 5-ci dəqiqədə Eren Aydın vurub.

Beləliklə, “Payde” növbəti mərhələyə adlayıb, “Zirə” isə mübarizəni dayandırıb.

Bənzər xəbərlər