featured-image-21585

“Zirə” bu gün haitili futbolçu Donald Gerye ilə rəsmi müqavilə imzalayacaq.

Msport.az-ın məlumatına görə, artıq Bakıda olan 34 yaşlı yarımmüdafiəçi tibbi müayinədən uğurla keçib.

Təcrübəli oyunçu “qartallar”la 1,5 illik sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinən Vild-Donald Gerye 2019-2020 mövsümünü “Neftçi”də, 2020-2021 mövsümünün isə ilk yarısını yenidən Ağdam klubunda keçirib. O, hazırda Kiprin “Olimpiakos” klubunda çıxış edir.

Bənzər xəbərlər