“Zirə” büdrədi, Bekirinin debütü uğursuz oldu
Azərbaycan Premyer Liqasında 7-ci tur davam edir.
Msport.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçirilib .
“Zirə” öz meydanında “Şamaxı” ilə matçda büdrəyib – 1:1.
Günün ikinci matçında isə “Sumqayıt” “Qəbələ”ni məğlub edib- 4:1.
Bu sumqayıtlıların cari mövsümdə ilk qələbəsi olub. Qonaqların baş məşqçisi Yeton Bekirinin “Qəbələ”də debütu isə uğursuzluqla yadda qalıb.
Azərbaycan Premyer Liqası
VII tur
10 oktyabr (şənbə)
19:30. “Sumqayıt” – “Qəbələ” – 4:1
Qol: Mamadu Banqre, 6 (1:0), İsa Suliman, 9 (2:0), Şahin Şahniyarov, 25 (2:1), Ronaldo Vaskes, 29 (3:1), Blek, 67 (4:1)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
“SOCAR Polymer Arena”
17:00. “Zirə” – “Şamaxı” – 1:1
Qol: A.Şuaybu, 53 (0:1), Mutsinzi , 68 (1:1)
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov, Əkbər Əhmədov (VAR), Kamran Bayramov (AVAR)
Zirə İdman Kompleksinin stadionu
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
18:30. “Şəfa” – “Turan Tovuz”
9 oktyabr (cümə)
“Araz-Naxçıvan” – “Kəpəz” – 0:2
“Neftçi” – “Sabah” – 0:0







